Türkiyə XİN Nigeriyadakı terroru pislədi

Türkiyə XİN Nigeriyadakı terroru pislədi
  15 Mart 2021    Oxunub:2797
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Nigeriyada “Boko Haram” terror təşkilatı tərəfindən martın 12-də törədilmiş terror hücumunu şiddətlə qınayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı açıqlamada deyilir.

“Nigeriyanın Borno əyalətinin Qudumbali bölgəsində "Boko Haram" terror təşkilatı tərəfindən həyata keçirilən terror hücumunda 19 əsgərin həyatını itirməsini, 13 nəfərin yaralandığını dərin kədər hissi ilə öyrəndik. Bu, mənfur terror aktını şiddətlə qınayır, həlak olanların ailələrinə, dost və qardaş Nigeriya xalqına və hökumətinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirik”, - Türkiyə XİN-dən bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nigeriya  



Xəbər lenti