Sabiq prezident dövlətə xəyanət ittihamı ilə həbs edildi

Sabiq prezident dövlətə xəyanət ittihamı ilə həbs edildi
  15 Mart 2021    Oxunub:2423
Boliviya məhkəməsi ölkənin keçmiş müvəqqəti prezidenti Janin Anes barədə həbs qətimkan tədbiri seçib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.

"Mən baş verməmiş “çevrilişə” görə mühakimə olunmağımı gözləmək üçün dörd aylıq həbsxanaya göndərilirəm”, - sabiq müvəqqəti prezident deyib.

Bundan əvvəl Boliviyanın daxili işlər naziri Eduardo del Kastillo onun həbs olunduğunu elan etmişdi.

Qeyd edək ki, bu ilin martın 12-də Boliviyanın korrupsiyaya qarşı mübarizə üzrə prokuroru Omar Alsides Anes barədə həbs qərarı verib. O, dövlətə xəyanət, qiyama və sui-qəsdə təhrikçilik ittihamları üzrə saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya  



Xəbər lenti