İrəvanın mərkəzində yanğın olub

İrəvanın mərkəzində yanğın olub
  15 Mart 2021    Oxunub:1527
İrəvanın mərkəzində, Respublika meydanındakı poçt binasında yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın binanın damından başlayıb. Yanğınsöndürən-xilasedicilərdən ibarət altı qrup hadisə yerinə cəlb edilib. Binanın bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan  



Xəbər lenti