Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi

Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi
  15 Mart 2021    Oxunub:1680
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Qeyd edək ki, bundan əvvəl toplantının gündəliyinə bir məsələ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı daxil idi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Gündəlik  






Xəbər lenti