“YAŞAT” Fondu 4882 şəxsi öhdəliyə götürüb

 “YAŞAT” Fondu 4882 şəxsi öhdəliyə götürüb
  15 Mart 2021    Oxunub:1942
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, indiyədək 4882 şəxs öhdəliyə götürülüb, 2775 şəhid ailəsi ziyarət olunub.

Bundan başqa, 2133 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13 692-dir.

Həmçinin ötən həftə ərzində 282 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb. Belə ki, "YAŞAT" Fondu tərəfindən 8-14 mart tarixlərində 84 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Eyni zamanda 96 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb. Daha 128 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 60 şəxsin tibb xərclərinin ödənilməsi və 31 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Azvision.az


Teqlər: YAŞAT   Fond   Şəhid-ailəsi   Qazi  






Xəbər lenti