ABŞ məhkəməsi “Xiaomi”nin lehinə qərar verdi

ABŞ məhkəməsi “Xiaomi”nin lehinə qərar verdi
  15 Mart 2021    Oxunub:2279
ABŞ məhkəməsi Çinin “Xiaomi” şirkətini ölkənin müdafiə sektoru ilə əlaqəsinə görə "qara siyahıya" daxil etmək qərarının icrasını müvəqqəti dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

“Xiaomi” şirkəti ABŞ Müdafiə Nazirliyinin yanvar ayında qəbul etdiyi qərara etiraz olaraq Vaşinqton bölgə məhkəməsində iddia qaldırıb. Hakim Rudolf Kontreras “Xiaomi”nin “qara siyahı”ya salınmasını səhv olaraq qiymətləndirib və qərarın icrasını müvəqqəti olaraq dayandırıb.

"Xiaomi” mülki məqsədlər üçün ticari məhsullar istehsal edən, müstəqil idarə heyəti və səhmdarların nəzarəti altında olan şirkətdir. Faktiki olaraq Çinin kəşfiyyat və digər qurumları ilə əlaqəli olmayan ictimai şirkətdir", - deyə hakim qeyd edib.

Nəşrin məlumatına görə, bu qərar Donald Trampın prezidentlik müddətinin bitməsindən az əvvəl Pentaqonun "qara siyahı"ya daxil etdiyi "Xiaomi" üçün qələbədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xiaomi  



Xəbər lenti