Ermənistan müdafiə nazirinin müavini: “Müharibəyə hazır olmalıyıq”

 Ermənistan müdafiə nazirinin müavini:  “Müharibəyə hazır olmalıyıq”
  15 Mart 2021    Oxunub:6163
Ermənistan müharibəyə hazır olmalıdır.

Azvision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda heç kim birmənalı olaraq yeni müharibənin olacağını deyə bilməz.
Bununla belə, nazir müavini əlavə edib ki, müharibə başlayacağı təqdirdə, dövlət lazım olan bütün tədbirləri görəcək.

"Son 30 ilin tarixini nəzərə alaraq, hər saniyə müharibəyə hazır olmalıyıq. İndi bu məsələni səsləndirməyə və panika yaratmağa ehtiyac yoxdur", - A.Sarkisyan deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArmanSarkisyan  



Xəbər lenti