Lavrov “Hizbullah” nümayəndə heyəti ilə görüşüb

Lavrov “Hizbullah” nümayəndə heyəti ilə görüşüb
  15 Mart 2021    Oxunub:1978
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Livan “Hizbullah” hərəkatının nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş bu gün Moskvada baş tutub.

"Görüş barədə faktı təsdiləyirik”, - Rusiya XİN-dən bildirilib. Lakin danışıqların detalları açıqlanmayıb.

Xatırladaq ki, sonuncu dəfə "Hizbullah" hərəkatının parlament fraksiyasının lideri Məhəmməd Raad Rusiyaya 2011-ci ildə səfər edib.

"Hizbullah" hərbiləşdirilmiş Livan şiə təşkilatı və siyasi partiyasıdır. ABŞ, Böyük Britaniya, Niderland, Kanada, İsrail, Slovakiya da daxil olmaqla bir sıra ölkələrdə terror təşkilatı hesab edilir, mülki əhaliyə və orduya qarşı terror aktlarında günahlandırılır. Rusiya isə "Hizbullah"ı terror təşkilatı saymır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hizbullah  



Xəbər lenti