“Məğlubiyyətimiz bu gün də davam edir” - Arutyunyan
"Ölkəni belə bir vəziyyətə gətirən lider və siyasi qüvvə seçicilərin ona etibar etməli olduğunu deyə bilməz. Ermənistanın məğlubiyyəti müharibə bitəndən bu günə kimi davam edir. Mövcud vəziyyətdə iqtidarın fəaliyyəti ləğv edilməli və səlahiyyətli şəxslər qanun qarşısında məsuliyyətə cəlb edilməlidirlər. Bunu əxlaq, siyasi elmi və təhlükəsizlik normaları tələb edir. Ona görə də mənə erkən seçkilərin böhrandan çıxış yolu olduğunu söyləyəndə, bunun sadəcə bir aldatma olduğunu deyirəm", - deyə sabiq baş nazir vurğulayıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Məğlubiyyət Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


