İsrail bütün istiqamətlərdə hava əlaqəsini bərpa edir

İsrail bütün istiqamətlərdə hava əlaqəsini bərpa edir
  15 Mart 2021    Oxunub:1736
İsrail martın 16-dan bütün istiqamətlərdə hava əlaqəsini bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Ben Qurion hava limanı bir gündə 3 mindən çox sərnişini qəbul edə bilməyəcək. Sərnişinlərdən sosial məsafə saxlamaq, eyni zamanda hava limanında koronavirus testi vermək tələb olunur.

Bundan əlavə, İsrail Səhiyyə Nazirliyi əhalinin sağlamlığına təhlükə yarada biləcək istənilən uçuşu ləğv etmək hüququnu özündə saxlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  



Xəbər lenti