Prezident və birinci xanım Azıx mağarasına baş çəkdi - VİDEO

Prezident və birinci xanım Azıx mağarasına baş çəkdi -   VİDEO
  16 Mart 2021    Oxunub:7451
Xəbər verdiyimiz kimi, martın 15-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər ediblər.
Azvision.az xəbər verir ki, səfər zamanı Prezident və ailə üzvləri dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına baş çəkiblər.

“Biz Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamızı göstərmişik.

Mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burda tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanın yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir.

Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparmışdır. Qanunsuz olaraq xaricdən alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Bu ziyanın hamısını onlar ödəyəcək. Onları məcbur edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Daha sonra Prezident “Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.










Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Azıx-Mağarası  






Xəbər lenti