Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi

 Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi
  16 Mart 2021    Oxunub:4179
Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, R.Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğrudur.

Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib. İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edilməsi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Azvision.az


Teqlər: General   Rövşən-Əkbərov   Həbs  






Xəbər lenti