Pandemiya qurbanlarının sayı 2,7 milyona çatır

 Pandemiya qurbanlarının sayı 2,7 milyona çatır
  16 Mart 2021    Oxunub:2495
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 120 milyon 773 min 776 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 672 min 203 nəfərdir. İndiyədək 97 milyon 418 min 382 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 138 586 nəfər virusa yoluxub, 548 013 pasiyent dünyasını dəyişib.

İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 525 477 nəfərdə virus aşkar edilib. Xəstələrdən 279 602 nəfəri həyatını itirib.

Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 409 831 yoluxma qeydə alınıb. Onlardan 158 892 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 400 045 yoluxma, 92 494 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 263 527 nəfər virusa yoluxub ki, onlardan 125 580-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti