Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlandı

 Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlandı
  16 Mart 2021    Oxunub:2582
Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” federal xidməti məlumat yayıb.

Qeyd olunub ki, klinik nümunələrin monitorinqi zamanı ölkədə koronavirusun 28 Britaniya, iki Cənubi Afrika ştammına yoluxma aşkarlanıb. Koronavirusun digər mutasiyaları ilə bağlı 16 hal müəyyən edilib. Braziliya ştammı aşkarlanmayıb.

Araşdırmalar "Rospotrebnadzor" xidmətinin 14 tədqiqat təşkilatı tərəfindən aparılır.

Daha əvvəl bioloqlar koronavirusun Cənubi Afrika ştammının Britaniya varinatından daha təhlükəli olduğunu söyləyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti