İraqda 3 min xarici hərbçi var - Baş nazir

İraqda 3 min xarici hərbçi var -  Baş nazir
  16 Mart 2021    Oxunub:1733
İraqda İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün hazırda 3 min xarici əsgər var. Onlardan 2500-ü ABŞ-a, qalanları beynəlxalq koalisiya qüvvələrinə məxsusdur.
Azvision.az xəbər verir ki, bunu İraqın baş naziri Mustafa əl-Kazimi deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hazırkı hökumət ölkənin diplomatik əlaqələrini inkişaf etdirib, ABŞ ilə strateji dialoq üzərində çalışıb. İqtisadi, diplomatik və mədəni əməkdaşlığa diqqət edib. Eyni zamanda xarici əsgər sayını azaltmağı bacarıb. Bu say yüzdə 60-a düşüb.

Baş nazir bildirib ki, İraq bütün regional və beynəlxalq güclərə açıqdır. O, bir sıra ərəb ölkələri, Türkiyə, İranla danışıqlar aparıldığını da vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Hərbçi  



Xəbər lenti