10 ili tamam olan Suriya müharibəsi - FOTOLAR

   10 ili tamam olan Suriya müharibəsi -   FOTOLAR
  16 Mart 2021    Oxunub:7577
Dünən 2011-ci ildə etiraz aksiyaları ilə başlayan və dünya tarixinə “Suriya böhranı” kimi düşən Suriya müharibəsinin 10 ili tamam oldu.

Əvvəlcə vətəndaş müharibəsi kimi təqdim edilən münaqişə sonradan istiqamətini dəyişərək regionda böyük gərginlik yaratdı, yeni terror ocaqları və təşkilatlarının meydana gəlməsi ilə nəticələndi. Bütün bunlardan ən çox əziyyət çəkən isə milyonlarla dinc sakin oldu.
Suriyada İnsan Haqları Müşahidə Şurasının (SOHR) məlumatına görə, indiyədək bu ölkədə 500 mindən çox insanın, o cümlədən 120 minə yaxın mülki şəxsin həlak olduğu bildirilir. Cəsədləri tapılmayan və itkin düşmüş hesab edilən 205 min 300 nəfər də bu siyahıya daxil edilib.

Müharibə zamanı 12 mindən çox uşaq həlak olub və yaralanıb. Ümumilikdə 2,1 milyon suriyalı yaralanıb və ya şikəst olub. Şəhər, qəsəbə və kəndlərin dağılması nəticəsində ölkə əhalisinin 55 faizi, yaxud 22 milyon nəfər öz evlərini tərk edib.

“Əl-Cəzirə” Suriya müharibəsinin 10 ilində münaqişə başlayandan 2020-ci ilə kimi yerli fotoqraflar tərəfindən çəkilmiş təsirli fotoları yayıb. Həmin fotoları təqdim edirik:































Tural Tağıyev
Azvision.az


Teqlər: Suriya   Müharibə  



Xəbər lenti