“Kapital Bank”ın rəhbərliyi müharibə iştirakçıları ilə görüşüb
Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev igid əməkdaşlarımıza minnətdarlığını bildirib. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif ediblər.
“Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi, bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarda fəaliyyət göstərmək vaxtı gəlib”, - deyə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev vurğulayıb.
Tədbirdə, həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan “Kapital Bank”ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edib.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Kapital-Bank







Vaxtında, Aydın, Lazımlı!


