Prezident Füzuli-Hadrut yolunun təməlini qoydu

 Prezident Füzuli-Hadrut yolunun təməlini qoydu
  16 Mart 2021    Oxunub:2943
Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.
Azvision.az -ın məlumatına görə, yeni yolun təməlinin qoyulması martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfər zamanı baş tutub.

Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  






Xəbər lenti