Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun təməli qoyuldu

 Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun təməli qoyuldu
  16 Mart 2021    Oxunub:2977
Azərbaycan Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.
Azvision.az -ın məlumatına görə, yolun təməlinin qoyulması martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfər zamanı baş tutub.

Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.

Azvision.az


Teqlər: İlham-Əliyev   Hadrut  






Xəbər lenti