Rusiya Britaniyaya uçuşların dayandırılma müddətini uzatdı

Rusiya Britaniyaya uçuşların dayandırılma müddətini uzatdı
  16 Mart 2021    Oxunub:1938
Böyük Britaniyadakı epidemioloji vəziyyətə görə, Rusiya bu ölkə ilə uçuşların dayandırılmasını daha bir ay uzadıb.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın koronavirus infeksiyası ilə mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb.

Qeyd edilib ki, insanların sağlamlığını təmin etmək üçün məhdudiyyətlər 16 aprel 2021-ci il tarixindək uzadılıb.

Koronavirus infeksiyası ilə əlaqədar olaraq iki ölkə arasında uçuşlar 22 dekabr 2020-ci ildə dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  



Xəbər lenti