Kataloniya İspaniya kralını “persona non qrata” elan etdi

Kataloniya İspaniya kralını “persona non qrata” elan etdi
  16 Mart 2021    Oxunub:2922
Kataloniya muxtar birliyinin San-Kuqat del- Vales şəhər rəhbərliyi İspaniya Kralı VI Filipi "persona non qrata" elan edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mətbuata istinadla yazıb.

Qərar Şəhər Şurasının planlaşdırılmış plenumunda qəbul edilib. Təşəbbüsü Kataloniyanın müstəqilliyinin tərəfdarı olan üç partiyanın nümayəndələri dəstəkləyib. “Vətəndaşlar” və “Sosialistlər” partiyaları qərarın əleyhinə səs verib. “Kataloniyanın sol respublikaçıları (ERC) bitərəf qalıb.

"Biz konkret bir şəxsi “persona non qrata” elan edə bilmərik. Əgər söhbət hansısa qurumdan getsəydi, onda edərdik", - ERC-nin yerli bölməsinin rəhbəri Jemma Aristoy deyib.

Hazırda İspaniyada monarxiya çətin günlərini yaşayır. Fəxri kral Xuan Karlosa qarşı mümkün korrupsiya və çirkli pulların yuyulması ilə bağlı üç istintaq başladılıb.

Bundan əvvəl İspaniya hökuməti və müxalif Xalq Partiyasının monarxiya institutunun modernləşdirilməsinə dair kral evi ilə gizli danışıqlar apardığı məlum olmuşdu.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kataloniya  



Xəbər lenti