Koronavirusa yoluxanların sayı 121 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 121 milyonu keçdi
  17 Mart 2021    Oxunub:2661
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 121 milyon 278 min 367 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 682 min 258 nəfərdir. İndiyədək 97 milyon 817 min 788 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 327 255 nəfər koronavirusa yoluxub, 6668 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti