Tonoyanın istefasının gizli səbəbləri açıqlandı

 Tonoyanın istefasının gizli səbəbləri açıqlandı
  17 Mart 2021    Oxunub:3210
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəzifəsindən azad edilməsi barədə qərar hələ döyüş əməliyyatlarının getdiyi vaxt verilmişdi, səbəb tamamilə fərqli idi.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ermənistan tərəfinin Azərbaycanın Gəncə hava limanına hücum elan edib, sonradan yaşayış məntəqəsini vurması böyük səs-küyə səbəb olub. Rusiya hərbi rəhbərliyi bunun onlarla razılaşdırılmamasından qəzəblənib.

"Mülki əhaliyə edilən hücum beynəlxalq birlik tərəfindən təcavüz aktı kimi qiymətləndirildi. Və nəticədə Rusiya səlahiyyətliləri silah tədarükünü dayandırdı. Strateji ortağımız tərəfindən müharibənin qaynar vaxtı silah tədarükünün dayandırılması ciddi zərbə oldu və yalnız David Tonoyanın şəxsi səyləri sayəsində bu əlaqələr bərpa edildi. Tonoyan həmkarı Şoyqu ilə telefon danışığı apardı, silah-sursat tədarükü bərpa edildi.

Bununla belə, qeyd edilən fakt David Tonoyan üçün ölümcül oldu. Çünki həmin dövrdə Rusiya mətbuatında Paşinyanın istefa verib, hakimiyyəti Tonoyana ötürməsi ilə bağlı Rusiyanın tələbini yerinə yetirəcəyi təqdirdə, müharibənin dayandırılacağı barədə xəbərlər var idi.

Bu məlumatların ardınca Nikol Paşinyan David Tonoyanı ciddi rəqib kimi görməyə başladı və komandaya onu hədəf halına gətirməyi tapşırdı. Müdafiə nazirinin müharibə getdiyi vaxt üzdə olmamasının səbəbi budur”, - qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DavidTonoyan  



Xəbər lenti