“Ermənistan öhdəliklərini yerinə yetirməlidir” - Ceyhun Bayramov

“Ermənistan öhdəliklərini yerinə yetirməlidir” -  Ceyhun Bayramov
  17 Mart 2021    Oxunub:2479
Dağlıq Qarabağa dair üçtərəfli bəyanatlar bölgədə sülh və əmin-amanlığın təmini, kommunikasiyaların blokadasının aradan qaldırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsinə ciddi zəmin yaradır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Slovakiyadan olan həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildiriib ki, yeni layihələr bölgə üçün faydalı olacaq.

"Bunun üçün ölkələr öhdəliklərini dürüst şəkildə yerinə yetirməlidirlər. Razılaşmaların bəzi bəndləri yerinə yetirsə də, bəziləri üzrə Ermənistandan konstruktiv yanaşma görmürük. Ermənistan bütün hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyini götürüb və Azərbaycan ərazisinə hərbçilərinin göndərilməsi cəhdlərinə son qoymalıdır. Bu, regionda sülh və təhlükəsizliyə təhdidir", - deyə XİN başçısı vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  



Xəbər lenti