“Paşinyanın cinayətləri təkcə Ermənistanla məhdudlaşmır” - Erməni politoloq

 “Paşinyanın cinayətləri təkcə Ermənistanla məhdudlaşmır” -  Erməni politoloq
  17 Mart 2021    Oxunub:2301
"Ermənistanın beynəlxalq nüfuzu aşağı düşüb. İstəsək də, istəməsək də, Nikol Paşinyan vətənin simasına çevrilib"
Azvision.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan deyib. Onun sözlərinə görə, diaspor əvvəlki kimi Ermənistana aktiv dəstək vermir.

"Bu, artıq yeni xəbər deyil ki, Ermənistanın dövlət kimi beynəlxalq nüfuzu aşağı düşüb. ABŞ erməniləri təsəvvür olunmayacaq coşqu ilə "Hayastan" Ümumerməni Fondunun yardım kampaniyasına qatılmışdılar. Sonradan məlum olanda ki, onları aldadıblar, fonddan göndərilən pullar ölkədə oğurlanıb, bəzi məmurlara mükafat olaraq verilib və digər şəkildə yeyilib, həmin ermənilər sadəcə məyus oldular. Nikol Paşinyanın cinayətləri təkcə Ermənistan ərazisi ilə məhdudlaşmır və yalnız vətəndaşlarımız onun qurbanına çevrilmir. O, dünyanın müxtəlif ölkələrinə sığınan ermənilərin inancını da öldürür”, - deyə Ağasi Yenokyan vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Diaspor   Fond  



Xəbər lenti