ABŞ prezidenti Putini hədələdi

ABŞ prezidenti Putini hədələdi
  17 Mart 2021    Oxunub:3263
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Birləmiş Ştatlarda 2020-ci ildə keçirilən seçkilərə müdaxilə etdiyinə görə cavab verməli olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Bayden ABC-yə müsahibəsində bildirib.

"O, cavab verəcək", - deyən Bayden əlavə edib ki, dövlət başçıları arasında yanvar ayında baş tutan danışıqlarda Putinə mümkün cavabla bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ kəşfiyyatının hesabatında Moskva Donald Trampı dəstəkləmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətində "ixtilaf yaratmaq" cəhdində günahlandırılır. Seçkilərə təsir göstərməyə çalışdığı iddia edilənlər arasında İran, Hizbullah və Kubanın adı çəkilir. Çinin ABŞ seçkilərində aktiv səy göstərmədiyi ehtimal olunur.

Kreml hesabatı əsassız və sübutsuz adlandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Amerikadakı seçkilərin heç birinə qarışmadığını və belə keyfiyyətsiz materiallardan Rusiyaya sanksiya məsələsini gündəmə gətirmək üçün bəhanə olaraq istifadə edildiyini söyləyib.

Rusiya əvvəllər dəfələrlə seçkiyə müdaxilə ilə əlaqəli iddiaları rədd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   ABŞ   Bayden  



Xəbər lenti