Türkiyədə gündəlik yoluxma sayı 19 minə çatır

   Türkiyədə gündəlik yoluxma sayı 19 minə çatır
  18 Mart 2021    Oxunub:2272
Türkiyədə son sutka ərzində 73 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 18 912 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 930 554, pandemiya qurbanlarının sayı isə 29 696 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 752 023 pasiyent (son sutkada 17 161 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti