Tanzaniya prezidenti vəfat edib

Tanzaniya prezidenti vəfat edib
  18 Mart 2021    Oxunub:1677
Tanzaniya prezidenti Con Maqufuli dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Samia Hasan Suluhu açıqlama verib.

O bildirib ki, ürək problemindən əziyyət çəkən dövlət başçısı paytaxtdakı Mzena xəstəxanasında vəfat edib.

61 yaşlı prezident bir müddət idi ki, yoxa çıxmışdı.

Bundan əvvəl Tanzaniya müxalifətinin lideri Tundi Lisu onun Keniyada xəstəxanaya yerləşdirildiyini, koronavirus və ürək xəstəliyindən əziyyət çəkdiyini bildirimişdi. Lakin bu məlumatlar rəsmi səviyyədə təkzib olunmuşdu.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tanzaniya  



Xəbər lenti