“Ən çətin anda Azərbaycan İtaliyaya dəstək oldu” - Səfirlik
“Bir il əvvəl epidemiyanın ən çətin anında Azərbaycan hökumətinin İtaliyanın bəzi səhiyyə müəssisələrinə etdiyi mühüm ianə jestini xatırlatmaq istərdik. Növbəti aylarda İtaliya hökuməti həmrəylik və minnətdarlıq əlaməti olaraq, Mülki Müdafiə Departamentinin Azərbaycanın səhiyyə müəssisələrini dəstəkləmə missiyası ilə Azərbaycan Səhiyyə Nazirliyi və Romadakı Spallanzani İnstitutu arasında birbaşa təmasları asanlaşdırmaqla bu jestə qarşılıq verdi. Həqiqi dostlar ən çətin anlarda tanınır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, anım mərasimi ilə əlaqədar səfirlikdə İtaliya və Avropa İttifaqının bayraqları endirilib .
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İtaliya







Vaxtında, Aydın, Lazımlı!


