Ermənistan müxalifəti erkən seçkidən imtina etdi

   Ermənistan müxalifəti erkən seçkidən imtina etdi
  18 Mart 2021    Oxunub:2571
Ermənistan müxalifətinin birləşdiyi "Vətənin xilası hərəkatı" növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın lideri Vazgen Manukyan bildirib.

"Nikol Paşinyanın dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Mən bu seçkidə iştirak etməyəcəyəm", - müxalifətin baş nazir postuna namizədi deyib.

Bundan əlavə, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da rəhbərlik etdiyi Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılmayacağını elan edib. O, indiki reallıqda erkən seçkidən imtina etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Azvision.az


Teqlər: Ermənistan   Seçki  



Xəbər lenti