ABŞ-dan Putinin debat təklifinə cavab: “Bayden məşğuldur”
“Hələ heç nə demək olmaz. Sabah prezident məşğuldur”, - deyə Ağ Evdən Rusiyaya cavab olaraq bildirilib.
Ağ evin mətbuat katibi Cen Psaki dövlət başçılarının gələcək danışıqları barədə məlumatlı olmadığını qeyd edib. O, eyni zamanı Rusiya rəhbərliyi ilə əlaqələrin davam etdiyini vurğulayıb.
"Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəyəm", - Psaki Baydenin Rusiya liderinin debat təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni canlı yayımda debata dəvət edib. Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu söyləyib.
Azvision.az
Teqlər: ABŞ Rusiya Bayden Putin







Vaxtında, Aydın, Lazımlı!


