Paşinyanın seçki qərarı hakim fraksiyada narazılıq yaratdı

 Paşinyanın seçki qərarı hakim fraksiyada narazılıq yaratdı
  19 Mart 2021    Oxunub:1644
“Mənim addımım" parlament fraksiyası üzvlərinin çoxu Ermənistanın baş naziri Nikol Paşinyanın erkən seçkilərə gedəcəyini bilmirdi.
Azvision.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyan 18 mart tarixində 20 iyunda ölkədə erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Baş nazir bunu “Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı fraksiyanın lideri Qaqik Tsarukyanla görüşdən sonra bildirib.

Bundan əvvəl Paşinyan "Parlaq Ermənistan"ın lideri Edmond Marukyanla da məsləhətləşmələr aparıb. Nəşr qeyd edib ki, 7 fevralda baş tutan müzakirə zamanı bir sıra məsələlərə görə, Paşinyan yaxın gələcəkdə erkən seçkilərin keçirilməsinin mümkün olmadığını söyləyib. O, Seçki Məcəlləsində dəyişikliklər edilmədən seçkilərə getməyin mənası olmadığını və bunun hakim bloka zərər verə biləcəyini deyib.

Paşinyanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla görüşdən sonra 20 iyun tarixinə erkən seçkilərin təyin olunduğunu elan etməsi onun komandasınınn bir çox üzvlərinin təəccübünə səbəb olub.

"Bu, ilk hal deyil ki, Paşinyan komandasının üzvləri nə baş berdiyi barədə mətbuatdan məlumat alır".

"Hraparak" qəzeti isə Paşinyanın qərarının "Mənim addımım" fraksiyasını parçaladığını yazıb. "Soros qanadı"nın millət vəkilləri baş nazirin yeni seçki məcəlləsi ilə seçkilərə getməsini tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti