Hulusi Akar: “Bu gün də Azərbaycanın yanındayıq”
O bildirib ki, yeddi iqlimdə üç qitəyə sülh, əmin-amanlıq, nəcabət və sabitlik gətirən atalarımızdan aldığımız ilhamla başda Azərbaycan və Liviya olmaqla könül coğrafiyamızda dost, müttəfiq, qardaş millətlərlə tapdalanan bütün insani dəyərlər üçün mübarizə aparırıq.
“Bu çərçivədə 500 illik qardaşlıq əlaqələrimiz olan Liviyada təlim, yardım və məsləhət fəaliyyətlərimizi davam etdiririk. Haqlı davalarında liviyalı qardaşlarımızla birgəyik. Məqsədimiz “Liviya liviyalılarındır” anlayışı ilə ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş, sülh və sabitlik içində yaşayan bir Liviyanın formalaşmasına töhfə verməkdir. Eyni şəkildə “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz can qardaşımız Azərbaycanın dünən olduğu kimi bu gün də haqlı davalarında yanlarında olacağımızı, olduğumuzu bir daha bildirmək istəyirəm. Bütün türk dünyasının Novruz bayramını təbrik edirəm", - Akar əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: HulusiAkar







Vaxtında, Aydın, Lazımlı!


