Rusiyada koronavirusdan ölüm sayı 94 mini ötüb

Rusiyada koronavirusdan ölüm sayı 94 mini ötüb
  19 Mart 2021    Oxunub:1358
Rusiyada son sutka ərzində koronavirusa 9699 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 437 938 nəfərə çatıb.

Rusiyada son bir gündə 443 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 94 267 nəfərdir. İndiyədək 4 049 373 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti