BMT rəsmisindən Paşinyanın seçki qərarına münasibət

 BMT rəsmisindən Paşinyanın seçki qərarına münasibət
  19 Mart 2021    Oxunub:1597
Biz hər zaman seçkilərin tərəfdarıyıq.
Azvision.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Ermənistanda erkən seçkilərin keçirilməsindən danışarkən deyib.

20 iyunda keçirilməsi planlaşdırılan erkən seçkilərin ölkədəki vəziyyəti həll etməyə kömək göstərə biləcəyinə və BMT-nin seçki müşahidə missiyası göndərəcəyinə gəlincə, qurum rəsmisi bu barədə məlumatının olmadığını bildirib.

“Belə bir təklif alıb-almamaqla bağlı məlumatım yoxdur. Biz müşahidəçi göndərmirik, ancaq hökumət müraciət etsə, üzv dövlətləri dəstəkləyirik. Seçkilərin keçirilməsinə dair siyasi qərarı şərh etmirəm. Biz hər zaman insanların öz gələcəyi ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə edə biləcəyi seçkilərin tərəfdarıyıq".

Mətbuat katibi əlavə edib ki, belə bir istək BMT-nin hər hansı üzv dövlətindən gəlsə, mütləq nəzərə alınacaq.

Qeyd edək ki, N.Paşinyan Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT  



Xəbər lenti