Erməni əsgər anaları övladlarının Qarabağdan təcili çıxarılması tələb edir

 Erməni əsgər anaları övladlarının Qarabağdan təcili çıxarılması tələb edir
  19 Mart 2021    Oxunub:5311
Azərbaycanın Qarabağ ərazisində qanunsuz olaraq hərbi xidmətdə olan erməni əsgərlərin anaları İrəvanda hökumət binası qarşısında aksiya keçirib.
Azvision.az xəbər verir ki, onlar övladlarının məcburi hərbi xidmətlərini vaxtından əvvəl başa vurmalarını tələb edib, hökuməti bunula bağlı mümkün olan bütün addımları atmağa çağırıb.

Aksiya iştirakçısı Teresa Qriqoryan bildirib ki, hələ ötən ilin noyabrında tələblərini səsləndiriblər. Bununla belə problem hələ həll olunmayıb.

“Övladlarımızın bu yaxınlarda döyüşlərin olduğu bölgədə xidmət etməsini istəmirik”, - Qriqoryan deyib.

O, əlavə edib ki, övladlarının tezliklə tərxis olunmasını istəyirlər. Müharibədən keçən əsgərlərin mövcud şəraitdə xidmətə davam edə bilmədikləri vurğulanıb.

Etiraz aksiyasının iştirakçıları bu məsələni baş nazir Nikol Paşinyanla görüşlərdə artıq iki dəfə qaldırdıqlarını söyləyiblər. Onlar bildiriblər ki, elektrik və su yalnız bəzi hərbi hissələrdə verilir, övladları çox pis şəraitdə xidmət edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti