Paşinyan seçkilərədək vəzifəsini icra edəcək

 Paşinyan seçkilərədək vəzifəsini icra edəcək
  19 Mart 2021    Oxunub:1552
Nikol Paşinyan Ermənistanın baş nazir postunda 20 iyun parlament seçkilərinə qədər qalacaq.
Azvision.az xəbər verir ki, bunu parlamentin vitse-spikeri Alen Simonyan deyib.

"Başqa bir ssenari müzakirə edilməyib. Paşinyan baş nazir vəzifəsini müvəqqəti icra edəcək”, - Simonyan vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. Ölkənin bəzi müxalifət partiyaları seçkiyə qatılmayacaqlarını bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti