Danimarka Belarusiya terminindən imtina etdi

Danimarka Belarusiya terminindən imtina etdi
  19 Mart 2021    Oxunub:1926
Danimarka Xarici İşlər Nazirliyi (XİN) bundan sonra Belarusiya (Hviderusland) deyil, Belarus ifadəsini istifadə etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində məlumat yayılıb.

Qeyd edilib ki, bu, Belarus vətəndaş cəmiyyətinin tələbidir.

"Danimarka Xarici İşlər Nazirliyi bundan sonra Belarusiya (Hviderusland) termini əvəzinə Belarus (Belarus) ifadəsini istifadə edəcək. Bu adı istifadə etməyin vaxtı gəldi, çünki Belarus vətəndaş cəmiyyətinin tələbi belədir”.

Belarus termini - Belarusun adının transliterasiyasıdır, Hviderusland termininin isə ikinci hissəsində Rusiya sözünün olduğu Belarus adının hərfi tərcüməsidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Danimarka  



Xəbər lenti