Fransa “AstraZeneca”nın istifadəsini bərpa edir
Bundan əvvəl bir sıra Avropa İttifaqı ölkələri “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmaq barədə qərar veriblər.
Fransa peyvəndin istifadəsini 15 martda dayandırdığını elan etmişdi. Daha sonra ölkənin baş naziri Jan Kasteks Avropa Dərman Agentliyinin (EMA) "AstraZeneca" peyvəndinin təhlükəsizliyinə dair məlumatlarına əsaslanaraq, cümə günündən etibarən onun bərpa ediləcəyini söyləyib.
Hökumət başçısı bu gün “AstraZeneca” peyvəndini vurdurmaq niyyətindədir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Fransa







Vaxtında, Aydın, Lazımlı!


