Avropada pandemiyanın üçüncü dalğası elan edildi

 Avropada pandemiyanın üçüncü dalğası elan edildi
  19 Mart 2021    Oxunub:1599
Avropa İttifaqı ölkələrində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Dana Spinant bildirib.

"Biz quruma üzv olan müxtəlif ölkələrdə tədricən, hətta sürətlə gələn üçüncü dalğanı görürük", - Aİ rəsmisi deyib.

Virusun yayılma nisbətinin fərqli olduğunu deyən D.Spinant ölkələri peyvənd prosesini sürətləndirməyə çağırıb.

Xatırladaq ki, dünyada 122 milyondan çox insan koronavirusa yoluxub, 2,7 milyon nəfər dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  



Xəbər lenti