Koçaryanın qardaşı oğlu həbs edildi

Koçaryanın qardaşı oğlu həbs edildi
  20 Mart 2021    Oxunub:3342
Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryanın yaxın qohumu həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. Qeyd edilir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Koçaryanın qardaşı oğlunu saxlayıb.

“Dünən gecə MTX əməkdaşları Andranikin qardaşı oğlu Qorq Koçaryanı nəzarətə götürüblər. Qorq fırıldaqçılıqda ittiham olunur. Bir həftə öncə baş nazir Nikol Paşinyanın hüquq-mühafizə orqanlarına, o cümlədən MTX-yə onun komandasında təmsil olunan millət vəkilləri və məmurlara qarşı kompramat toplamaq tapşırığı verməsi haqqında məlumat vermişdik. Xüsusən də mediaya sızan məlumatda deyilirdi ki, Nikolun fraksiyasında olan deputatların yaxınları barədə mənfi məlumatlar toplanaraq onu yarı yolda qoymaq istəyən komanda yoldaşlarına qarşı şantaj kimi istifadə ediləcəkdi. Bu həm də ona hesablanıb ki, yaxın gələcəkdə Paşinyanın komanda yoldaşları baş nazir postuna başqa bir namizədə dəstək verməsinlər”, - deyə məqalədə qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Həbs   Paşinyan  



Xəbər lenti