“Kommunikasiyaların bərpası Bakı və İrəvan üçün faydalıdır”- Paşinyan

 “Kommunikasiyaların bərpası Bakı və İrəvan üçün faydalıdır”-   Paşinyan
  20 Mart 2021    Oxunub:3766
Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların bərpasının həm İrəvan, həm də Bakı üçün faydalı olduğunu deyib.

Azvision.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın Araqatsotn bölgəsində, Nerkin Bazmaberd kəndinin sakinləri ilə görüşdə bildirib.
"Kommunikasiyaların blokdan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün ona görə faydalıdır ki, Naxçıvanla əlaqə yaranacaq. Ermənistan üçün də faydalıdır. Çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu isə o deməkdir ki, iqtisadiyyatımız əhəmiyyətli dərəcədə dəyişə bilər".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti