Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

 Ermənistan hərbçiləri Qarabağdan çıxarılır
  21 Mart 2021    Oxunub:4729
Ermənistan silahlı qüvvələrinin bölmələri tədricən Qarabağdan çıxarılır.

Azvision.az xəbər verir ki, bu barədə Qarabağ separatçıları “ordusunun” sabiq mətbuat katibi Senor Asratyan "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, erməni silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən çıxarılır.

Erməni polkovnik hesab edir ki, baş nazir Nikol Paşinyan bu addımı çağırışçıların valideynlərinin tələbi ilə əsaslandıracaq.

Qeyd edək ki, ötən gün Azərbaycanın Qarabağ ərazisində qanunsuz olaraq hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında aksiya keçirib. Onlar övladlarının məcburi hərbi xidmətlərini vaxtından əvvəl başa vurmalarını tələb edib, hökuməti bunula bağlı mümkün olan bütün addımları atmağa çağırıb.

Azvision.az


Teqlər: Qarabağ   Ermənistan   Əsgər  



Xəbər lenti