“Müharibəyə qədər raket ala bilmədik” - Paşinyandan etiraf
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan Rusiyadan alınan “Su-30CM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirib.
"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?", - deyə Paşinyan ittihamlara cavab verib.
Azvision.az
Teqlər: Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


