Olimpiadayaya görə Yaponiya 1,37 milyard dollar itirəcək

Olimpiadayaya görə Yaponiya 1,37 milyard dollar itirəcək
  21 Mart 2021    Oxunub:2592
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əcnəbi tamaşaçılarsız keçirilməsinə görə Yaponiya 150 milyard yen (təqribən 1,37 milyard dollar) itirəcək.
Azvision.az xəbər verir ki, bu barədə NHK telekanalı “Nomura” İqtisadi Tədqiqatlar İnstitutuna istinadla məlumat yayıb.

Bildirilir ki, bu hesablama daxili bazarın təhlili və koronovirus pandemiyasına qədər əcnəbi turistlərin istehlak səviyyəsi nəzərə alınaraq aparılıb. Qəbul edilən qərarın daha çox mehmanxana və restoran biznesinə ziyan vuracağı bildirilir.

Xatırladaq ki, martın 20-də “Tokio-2020”-nin təşkilat komitəsinin Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi ilə onlayn görüşündə əcnəbi azarkeşlərin Olimpiadaya buraxılmaması barədə qərar qəbul ediblər. Tokio Olimpiadasının 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı. Lakin, koronovirus pandemiyasına görə yarışların vaxtı bu il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib.

Azvision.az



Teqlər: Tokio   Olimpiyada  





Xəbər lenti