İranda koronavirusla bağlı son vəziyyət

İranda koronavirusla bağlı son vəziyyət
  21 Mart 2021    Oxunub:1689
İranda son sutka ərzində 73 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 61 797 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 7260 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1801065-ə yüksəlib.

Məlumatda, həmçinin 3858 nəfərin ağır vəziyyətdə olduğu qeyd olunub.

Azvision.az



Teqlər: İran   virus  



Xəbər lenti