Əsəd rejimi xəstəxanaya hücum etdi: 5 ölü, 10 yaralı

 Əsəd rejimi xəstəxanaya hücum etdi:  5 ölü, 10 yaralı
  21 Mart 2021    Oxunub:2339
"Əsəd rejimi bir daha günahsız suriyalı mülki vətəndaşlara hücum etdi. İdlibin Əl-Atarib yaşayış məntəqəsinə artilleriya zərbələri nəticəsində biri uşaq olmaqla, beş mülki şəxs həlak olub".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Rejim bir daha insanlığa qarşı cinayət işlədib xəstəxananı vurdu və bu 10 nəfərin yaralanmasına səbəb oldu",-deyə nazirliyin məlumatında qeyd olunur.

Azvision.az



Teqlər: Suriya   Türkiyə  



Xəbər lenti