Peru Konqresi Azərbaycan xalqını təbrik etdi
Novruzun baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirdiyi, qədim və gözəl bayram ənənələri ilə tanındığı, sülh, barışıq, həmrəylik və mehriban qonşuluq dəyərlərini təşviq etdiyi, bununla da mədəni müxtəlifliyin qorunub saxlanması və ayrı-ayrı xalqlar və icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunur.
Novruz bayramının 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, bununla yanaşı, 21 mart tarixinin 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi nəzərə çatdırılır.
Sonda Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqına səmimi təbriklər ifadə olunur.
Azvision.az
Teqlər: Peru Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


