ABŞ Hindistanı yanında görmək istəyir
Buna baxmayaraq, Amerikanın müdafiə naziri səfərin yekunlarıyla bağlı keçirilən mətbuat konfransında Dehlidə S-400 raketləri mövzusunun müzakirə edilmədiyini deyib: “Hindistan hələ S-400 raketlərini almayıb. Buna görə raket mövzusu müzakirə edilməyib”. Halbuki, Dehli Moskva ilə 2015-ci ildə imzaladığı anlaşmaya görə Rusiyadan S-400 raketlərini almağı planlaşdırıb. Anlaşmanın dəyəri 5.43 milyard dollardır. Ancaq o da doğrudur ki, Hindistan Türkiyədən fərqli olaraq hələ raketləri almayıb və Vaşinqton ümid edir ki, Dehli bu plandan imtina edəcək. ABŞ Hindistana “Predator” pilotsuz aparatları və patrul gəmiləri satacağını vəd edib.
Vaşinqton Dehli ilə əməkdaşlığa böyük əhəmiyyət verir. ABŞ müdafiə naziri Lloyd Ostin hindistanlı həmkarıyla yanaşı Hindistanın baş naziri Narendra Modi, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Adjit Doval və xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Vaşinqton Dehliyə Hindistanın yüksək texnologiyalara yiyələnməsinə imkan yaradacağını vəd edib. Vaşinqton ayrıca, Hindistanı Sakit okean bölgəsində rolunun artmasını istəyir. Dehlidə bu mövzuda müzakirələrin getdiyini yerli “Hindustan Times” qəzeti də yazıb.
Vaşinqton Hindistana dəstək verməklə Çini bölgədə durdurmaq istəyir. Çünki Çin getdikcə bölgə ölkələrinə öz şərtlərini diqtə etməyə çalışır və bu yalnız ABŞ-ı deyil, bölgənin digər dövlətlərini də narahat edir. ABŞ Hindistan-Çin sərhədində mütəmadi baş verən insidentlərdə Dehlini dəstəkləyir. Digər tərəfdən Vaşinqton bölgədə Çini durdurmaq üçün Hinidstan-Yaponiya-Avstraliya blokunu gücləndirməyə çalışır. Amerika bu halqanın dördüncü dövlətidir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hindistanda rəsmilərlə görüşərkən dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallivan Amerikanın Alyaska ştatında Çinin xarici işlər naziri Van İ və Kommunist Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi müzakirələr aparırdılar.
Ancaq görüş qalmaqalla yadda qaldı. Tərəflər bir-birlərini ittiham etməklə məşğul oldular, yəni dialoq alınmadı. Bu o deməkdir ki, ABŞ-Çin gərginliyi bundan sonra da davam edəcək. Ona görə də Çini durdurmaq üçün Vaşinqtonun Hindistanla tərəfdaşlığa daha çox ehtiyacı olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az
Teqlər: ABŞ Hindistan Çin Qalmaqal Əməkdaşlıq







Vaxtında, Aydın, Lazımlı!


