Rusiya Bolqarıstana xəbərdarlıq etdi

Rusiya Bolqarıstana xəbərdarlıq etdi
  22 Mart 2021    Oxunub:1778
Bolqarıstanın rusiyalı diplomatları ölkədən çıxaracağı təqdirdə, rəsmi Moskva cavab addımı atacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. Bundan əvvəl, Bolqarıstanın Baş naziri Boyko Borisov, casusluq iddiası səbəbiylə ölkənin Rusiya diplomatlarını "persona non qrata" elan etməyə hazır olduğunu söyləyib.

“Bolqarıstan Rusiyaya qarşı dost olmayan addımlar atsa, bizim tərəfimizdən cavab
addımlarının atılacağını anlamalıdırlar”, - Qruşko bildirib.

Bolqarıstan Baş prokurorluğu daha əvvəl Rusiyaya casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsə qarşı məhkəmə istintaqının başladığını elan edib. Ölkədə milli təhlükəsizliklə əlaqəli və gizli məlumatları başqa bir dövlətə ötürmək iddiasıyla ölkənin altı vətəndaşı, Müdafiə Nazirliyinin işçiləri və hərbi kəşfiyyat zabitlərinə qarşı ittiham irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti